Badamlı 75 il

Tirajlı stimullaşdırıcı lotereya

Qeydiyyat üçün sürüşdürün
75 ədəd

iPhone 13

75 ədəd

Samsung S21

25 ədəd

HP notbuk

25 ədəd

Bood skuter

25 ədəd

JBL qulaqlıq

75 ədəd

iPhone 13

75 ədəd

Samsung S21

25 ədəd

HP notbuk

25 ədəd

Bood skuter

25 ədəd

JBL qulaqlıq

scooter
“BADAMLI 75 İL” adlı

Tirajlı Stimullaşdırıcı Lotereyanın Keçirilmə Şərtləri

1. Lotereya təşkilatçısı haqqında məlumat:

• Lotereyanın adı və keçirilmə forması: “BADAMLI 75 İL” tirajlı stimullaşdırıcı lotereya (bundan sonra - Lotereya)

• Lotereyada iştirak müddəti 01.05.2022-ci il tarixindən 25.12.2022-ci il tarixinədəkdir. Lotereyanın məqsədi “BADAMLI MİNERAL SULAR” MMC-nin 75 illiyi münasibətilə məhsullarının istehlakçılarına avtomobil və bu lotereya şərtlərində göstərilən digər hədiyyələri uduş vasitəsilə əldə etmək şansını verməkdir. Lotereyanın Azərbaycan Respublikasının bütün ərazisində 8 (səkkiz) tirajda keçiriləcəkdir.

• Lotereyada iştirak hüququ Lotereyaya daxil olan BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapaqlarının altında, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kuponda yerləşdirilmiş 9 simvoldan ibarət şifrənin 75il.badamli.az veb saytında müvafiq qeydiyyat bölməsində və ya +994555751947 mobil nömrəsinə Whatsapp tətbiqi üzərindən mesaj vasitəsilə göndərilməsi ilə həyata keçirilir. Uduş fondunun oynanılması zamanı hansı qapaq altındakı və ya kupon üzərindəki şifrə çıxarsa, həmin şifrənin əks olunduğu qapağın və ya kuponun sahibi olan iştirakçı bu Lotereyada qalib olmuş olacaqdır. Hər şifrəli qapaq və ya kupon lotereyanın uduş fondunun oynanılmasının birinci mərhələsində 1 (bir) və ikinci mərhələsində 1 (bir) iştirak hüququ təqdim edir. Lotereya müddətində 8 (səkkiz) tiraj keçiriləcək və hər tirajda BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullar üçün müxtəlif uduşlar (uduş fonunda göstərilən) oynanılacaq. Toplamda isə 1 (bir) ədəd avtomobil və 225 ədəd müxtəlif uduşlar oynanılacaqdır. Şifrə ilə birlikdə qeyd olunub göndərilən iştirakçının ad,soyad, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, doğum ili, şəxsiyyət vəsiqəsində qeyd edilən yaşayış yeri, elekton poçt ünvanı (e-mail) və mobil telefon nömrəsi əlavə məlumat üçündür. İştirakçı olmaq üçün istifadə olunan telefon nömrəsi Lotereyada vasitə əhəmiyyəti daşıyır.

• Lotereya Azərbaycan Respublikası ərazisində keçirilir. Lotereya bileti qismində iştirakçı tərəfindən məhsulun qapaq altında və ya kuponla əldə edilən 75il.badamli.az veb saytındakı qeydiyyat bölməsində və ya +994555751947 mobil nömrəsinə Whatsapp tətbiqi üzərindən mesaj vasitəsilə göndərilən və sistem tərəfindən uğurlu olması bildirişlə təsdiqlənən şifrə olacaqdır. Qapaqların altlarında və ya kuponların üzərində çap olunan şifrələr xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçilmiş toplamda rəqəm və hərflərin kombinasiyasından ibarət 9 simvoldan formalaşdırılır. Misal üçün, 9KG75VKM4

• Lotereyaya daxil olan BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsulları ölkə ərazisindəki marketlərdən, satış məntəqələrindən və *1947 çağrı mərkəzindən əldə oluna bilər.

• Lotereya iştirakçıları haqqında məlumat

2.1. Azərbaycan Respublikası ərazisində satışa verilmiş “Badamlı” markasının Lotereyaya daxil olan məhsullarında təqdim edilən şifrələri 75il.badamli.az veb saytındakı qeydiyyat bölməsində və ya +994555751947 mobil nömrəsinə Whatsapp tətbiqi üzərindən mesaj vasitəsilə göndərən, 18 yaşı tamam olmuş, Azərbaycan Respublikasi vətəndaşı olan hər kəsin könüllü şəkildə Lotereya iştirakçısı olma hüququ vardır.

2.2. Lotereyada iştirak etmək istəyən şəxslər BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapaqlarının altında, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kuponlar üzərində təqdim edilən 9 simvoldan ibarət şifrəni, ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, şəxsiyyət vəsiqəsində qeyd edilən yaşayış yeri, elektron poçt ünvanı (e-mail) və mobil telefon nömrəsi məlumatları ilə birgə 75il.badamli.az veb saytındakı iştirakçı qeydiyyatı bölməsində müvafiq xanalara daxil etməli və ya +9945555751947 mobil nömrəsinə Whatsapp tətbiqi üzərindən mesaj vasitəsilə göndərməlidir.

2.3. Müvafiq qeydiyyat sistemində iştirakçıya aid tələb edilən digər məlumatlarla birgə doğru formada daxil edilən (göndərilən) şifrə sistem tərəfindən qəbul edildikdə, şifrəni daxil edən (göndərən) şəxsə sistem tərəfindən avtomatik qaydada şifrənin uğurla qeydə alınması barədə bildiriş göndərilir.

2.4. Uduş fondunun oynanılması sistem tərəfindən qeydə alınmış şifrələr üzrə həyata keçiriləcəkdir.

2.5. «Lotereyalar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslər Lotereyanın iştirakçısı sayılmır və iştirak etmə hüququna malik deyildir:

- Lotereya Təşkilatçısının əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri ).

- Lotereyanın keçirilməsi ilə əlaqədar olan və yaxud Lotereyanın keçirilməsinə cəlb olunan reklam agentliklərinin nümayəndələri, partnyorlarının sahibləri və ya əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri )

- Lotereya qaydalarının müəyyən edilməsi üzrə komissiyanın üzvləri, əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri )

- 18 yaşını tamamlamamış şəxslər ( yalnız 18 yaşına çatmış və könüllü şəkildə lotereyada iştirak etmək niyyətində olan şəxslərin Lotereya iştirakçısı olmaq hüququ vardır)

3. Uduş fondu

3.1 BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapaqlarının altında, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kuponlarda əks olunan şifrəni tələblərə uyğun formada qeydiyyatdan keçirən və lotereya iştirakçısı olmuş şəxslər hər bir şifrə üzrə 2 mərhələdə uduş fonduna daxil olan hədiyyələrdən birini qazanma şansı əldə edəcək.

4. Uduş fondunun oynanılması – qalibin müəyyən edilməsi

4.1. Uduş fondunun oynanılması – uduşda iştirak etmə hüququ əldə edəcək Lotereya iştirakçısı və Lotereyada Qalibin müəyyən edilməsi mövcud qaydalara uyğun olaraq aşağıda göstərilən təlimat nəzərə alınmaqla həyata keçirilir.

4.2. İştirakçı tərəfindən müvafiq qaydada göndərilmiş və uğurla qeydə alınmış hər bir şifrə lotereyanın uduş fondunun oynanılmasının hər 2 mərhələsində 1 (bir) iştirak hüququ verir.

4.3. Uduş fondunun oynanılması elektron təsadüfi seçim sistemi vasitəsilə həyata keçirilir. Hər bir hədiyyənin oynanılması təsadüfi seçim sistemi vasitəsilə seçimin həyata keçirilməsindən əvvəl elan edilir və hər bir hədiyyə üzrə qalibin müəyyənləşdirilməsi üçün sistem işə salınır. Elektron təsadüfi seçim sistemi vasitəsilə hansı şifrə müəyyən edilərsə, həmin şifrəli “Badamlı” məhsulu qapağı və ya kuponu ilə iştirakçı olmuş şəxs qalib olmuş olacaq.

4.4. İstehlakçılar yaranan suallarla əlaqədar ‘Stimullaşdırıcı Lotereya’ üçün elan olunacaq qaynar xətlər vasitəsi ilə təşkilatçıya müraciət edərək kömək istəyə biləcəklər.

4.5. Uduş fondunun oynanılması Lotereyanın keçirilmə müddəti ərzində hər tiraj bitdikdən sonrakı təqvim günü olmaqla toplamda 8 (səkkiz) tirajda həyata keçiriləcəkdir.

5. Lotereyada qalib gələn şəxslərə uduşların verilmə qaydası və şərtləri

5.1.1. Qaliblərə uduşlar isə, 90 iş günü ərzində görə “Badamlı Mineral Sular” MMC-nin Baş Ofisində, nümayəndəliklərində və ya “Badamlı Mineral Sular” MMC-nin hər tiraj sonunda elan etdiyi ünvanlarda təqdim ediləcəkdir.

5.1.2. Uduş fondunun oynanılmasında qalib olunması haltında, içərisindəki iştirakçı şifrəsininin göndərildiyi BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapaqlarının altında, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kuponu təqdim edə bilmirsə, uduş Qalibə təslim edilə bilməz. Bu səbəblə, iştirakçı tərəfindən şifrə qeydiyyatdan keçirildikdən sonra həmin şifrənin əks olunduğu qapaq və ya kuponu Lotereya müddətində və ondan sonrakı 90 (doxsan) iş günü ərzində həmin şəxs tərəfindən qorunub saxlanılmalıdır.

5.1.3. Saxlanılan BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapaqlarının altında, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kupondakı şifrə hər hansı bir şəkildə zərər görməməli və deformasiyaya məruz qalmamalıdır. Əks halda, qalibin uduşu təslim edilə bilməz.

5.1.4. Uduş dəyərinin pul ekvivalenti verilmir.

5.1.5. Lotereya təşkilatçısı vergi və yığımların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ödənilməsinə görə öhdəliyi uduşun qalibə təhvil verilən anına qədər öz uzərinə götürür.

5.1.6. İştirakçı şifrələrinin qeydə alınması Lotereyanın başlayacağı 01.05.2022-ci il günü saat 00:00-dan Lotereyanın bitmə tarixi olan 24.12.2022-ci il saat 24:00-dək mümkün olacaqdır. Bu müddət xaricində göndəriləcək şifrələr keçərsiz hesab ediləcəkdir.

5.1.7. Qalib olan iştirakçılar uduş fondunun oynanıldığı tarixdən sonra ən gec 90 (doxsan) iş günü ərzində qalib gələn şifrənin əks olunduğu BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı məhsullarının qapağını, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının üzərində təqdim edilən kuponu şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək uduşu tələb edə biləcək. Bu müddət ərzində Təşkilatçıya müraciət üçün qaynar xəttlər açıq olacaqdır.

5.1.8. Keçirilən Lotereyada mülkiyyət ilə bağlı hər hansı mübahisə olduğu halda, mübahisə ilə bağlı Azərbaycan Respublikası məhkəmələrinin və müvafiq hüquq-mühafizə orqanlarının yekun qərarlarına qədər uduşun verilməsindən imtina etmək hüququnu Təşkilatçı özündə saxlayır.

5.2. Uduşlar Təşkilatçı tərəfindən qalib gələn şifrəli qapaq və ya kupon qəbul edildiyi halda 30 (otuz) gün ərzində təqdim ediləcəkdir.

5.3 “BADAMLI 75 İL” tirajlı stimullaşdırıcı lotereya ümumilikdə 2 mərhələdə 8 tiraj üzrə keçiriləcəkdir. Tirajlar üzrə uduş bölgüsü və keçirilmə tarixi aşağıdakı kimi olacaq:

Birinci mərhələ:

1-ci tirajın uduş fondunun oynanılması tarixi – 29.05.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (8 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (8 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (3 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (3 ədəd)

5) Qulaqlıq: JBL T510BT (3 ədəd)

2-ci tirajın uduş fondunun oynanılması tarixi – 26.06.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (7 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (3 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (3 ədəd)

5) Qulaqlıq: JBL T510BT (3 ədəd)

3-cü tirajın uduş fondunun oynanılması tarixi – 31.07.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (7 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (3 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (2 ədəd)

5) Qulaqlıq: JBL T510BT (3 ədəd)

4-cü tirajın uduş fondunun oynanılması tarixi – 28.08.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (7 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (2 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (2 ədəd)

5) Qulaqlıq: JBL T510BT (2 ədəd)

5-ci tirajın uduş fondunun oynanılması tarixi – 25.09.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (7 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (2 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (2 ədəd)

5) Qulaqlıq: JBL T510BT (2 ədəd)

6-cı tirajın uduş fondunun oynanılması tarixi – 30.10.2022

1) Mobil telefon: Apple iPhone 13 (128 GB) (7 ədəd

)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (2 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (2 ədəd)

5) Qulaqlıq: JBL T510BT (2 ədəd)

7-ci tirajın uduş fondunun oynanılması tarixi – 27.11.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (7 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (7 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (2 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (2 ədəd)

5) Qulaqlıq: JBL T510BT (2 ədəd)

8-ci tirajın uduş fondunun oynanılması tarixi – 25.12.2022

1) Mobil telefon: Apple iPhone13 (128 GB) (25 ədəd)

2) Mobil telefon: Samsung Galaxy S21 (128 GB) (25 ədəd)

3) Notbuk: HP - i5, 8GB, 256GB, W10, 15.6" (8 ədəd)

4) SEGWAY: Elektrikli Skuter - MEKA 350 Watt 10 Ah (9 ədəd)

5) Qulaqlıq: JBL T510BT (8 ədəd)

İkinci mərhələ:

Uduş fondunun oynanılması tarixi (8-ci tiraj) – 25.12.2022

1) Avtomobil: Faw Bestune T99 - 1 ədəd

6. Tərəflərin hüquq və vəzifələri

6.1. İştirakçının və ya qalibin hüquqları:

• Lotereyanın şərtləri ilə tanış olmaq;

• Hazırkı Şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, Şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq;

• Lotereyanın Şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın verilməsini Təşkilatçıdan tələb etmək;

• Uduş fondunun oynanılmasında iştirak etmək;

• Lotereyada uduş əldə etmiş iştirakçıya müvafiq uduşun verilməsini tələb etmək;

• Uduşun verilməsinin gecikdirilməsi haltında məhkəməyə müraciət etmək;

• Alınan uduşdan öz mülahizəsinə uyğun istifadə etmək, yəni, sonrakı istifadə üçün uduşu üçüncü şəxslərə ötürmək hüququna malikdir.

6.2. İştirakçının vəzifələri:

• Lotereya iştirakçılarının qalib olduğu halda Lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün hərəkətləri yerinə yetirmək;

• Bu Şərtlər toplusundan irəli gələn digər vəzifələri yerinə yetirmək.

• İştirak haqqı qazanmış 9 simvoldan ibarət şifrə yerləşdirilmiş qapaq və ya kupon son tiraja qədər mütləq saxlanılmalıdır.

6.3. Təşkilatçının vəzifələri:

• Lotereyanın Təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən uduşların təqdim olunmasını həyata keçirməyə və İştirakçılara qarşı münasibətdə qanunvericiliklə və bu şərtlərlə müəyyənləşən digər zəruri hərəkətləri icra etmək;

• Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması zamanı Lotereyanın Təşkilatçısı kütləvi informasiya vasitələrində Lotereyanın keçirilməsinin dayandırılması haqqında məlumatı yaymaqla kütləvi xəbərdarlıq etmək;

• Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması zamanı uduşların təqdim olunması və digər zəruri hərəkətlərin həyata keçirilmək;

• Lotereyanın Şərtləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etməmək;

• Lotereyanın Şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar vermək;

• Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən və ya hazırkı Şərtlərdə qeyd olunan hallardan savayı, lotereyanın iştirakçılarının şəxsi məlumatlarını istifadə etməmək və onlarla digər əlaqələrə və ya yazılı danışıqlara girməmək;

6.4.Təşkilatçının hüquqları:

• Uduşun alınması üçün zəruri olan Lotereya Şərtlərini yerinə yetirməyən Qalibə uduşun verilməsindən imtina etmək;

• Qalib təyin olunmuş zaman limitində uduşu tələb etmədiyi halda, uduşdan öz qərarına əsasən istifadə etmək;

• Qalibin yazılı razılığı ilə onun adından, soyadından, fotoşəklindən, onunla apardığı müsahibədən və onun haqqında digər materiallardan reklam məqsədilə istifadə etmək.

7. Məhdudiyyət

7.1. Lotereya Təşkilatçısının məsuliyyəti uduşun hazırkı qaydalarla müəyyən edilmiş dəyəri və say çərçivəsindən kənara çıxmır.

8. Məlumatın təqdim edilməsi

8.1. Lotereyada udan şəxsin yazılı razılığı əsasında öz adının və soyadının, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan (o cümlədən üçüncü şəxslərə ötürülməsi vasitəsi ilə) üsullarla marketinq üçün istifadə edilə bilər.

8.2. İştirakçı yazılı razılıq ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin, digər materialların kütləvi informasiya vasitələrində, hər hansı çap, audio-video materiallarında pulsuz olaraq isdifadə edilməsinə öz razılığını təsdiq edir.

8.3. Oynanılmış uduş fondunun nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət edilməsi məqsədi ilə 75il.badamli.az veb səhifəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xüsusi istifadəçi adı və şifrə ilə giriş təmin ediləcəkdir. Giriş zamanı qanunvericiliyə uyğun olaraq aşağıda göstərilən məlumatlar dərc olunacaqdır: - lotereya iştirakçısının adı, soyadı, doğum tarixi; - lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu; - lotereya iştirakçısının elektron poçt ünvanı və mobil telefon nömrəsi. Veb səhifə : 75il.badamli.az

9. Lotereya barədə məlumatlandırma qaydası və üsulu

9.1. Lotereyada iştirak etmək iştirakçının hazırki Şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur. Stimullaşdırıcı Lotereya qaydalarının 3.1-ci bəndində qeyd edilən məlumatlar BADAMLI SU 330 ml pet qazsız, BADAMLI SU 500 ml pet qazsız, BADAMLI SU 1 L pet qazsız, BADAMLI SU 1.5 L pet qazsız, BADAMLI SU 500 ml pet qazlı, BADAMLI SU 1 L pet qazlı, BADAMLI SU 1.5 L pet qazlı, BADAMLI SU 300 ml şüşə qazsız, BADAMLI SU 600 ml şüşə qazsız, BADAMLI SU 300 ml şüşə qazlı, BADAMLI SU 600 ml şüşə qazlı, BADAMLI SU 5 L damacan, BADAMLI SU 10 L damacan, BADAMLI SU 18 L dispenser damacan, BADAMLI SU 19 L damacan, BADAMLI SU 15 L damacan şüşə məhsullarının qablaşdırmalarının üzərlərində əks olunacaqdır. Bundan əlavə, Lotereya haqqında məlumatlar 75il.badamli.az veb səhifəsində və “Badamlı” markasının sosial media platformalarındakı rəsmi səhifələrində Lotereya istehlakçılarına təqdim ediləcəkdir.

9.2. Lotereyanın qaydaları barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və yayımlanan reklam materiallarında Lotereya barədə qısaldılmış məlumatın yerləşdirilməsi vasitəsi ilə həyata keçirilir.

9.3. Oynanılmış uduş fondunun nəticələri barədə məlumat 75il.badamli.az veb səhifəsində, “Badamlı” markasının sosial media platformalarındakı rəsmi səhifələrində dərc ediləcəkdir.

10. DİGƏR ŞƏRTLƏR

10.1. Lotereyada iştirak etməklə Lotereyanın iştirakçısı mövcud Şərtlərlə tanış olub onlarla tam razılaşması faktını təsdiq etmiş olur və bu Şərtləri yerinə yetirmək öhdəliyini üzərinə götürür.

10.2. İştirakçı şəxsi məlumatlarının operatoru kimi çıxış edən Təşkilatçı haqqında məlumatların alınması hüququna malikdir. İştirakçı tərəfindən natamam, köhnə, qeyri-dəqiq məlumatların təqdim olunması nəticəsində Təşkilatçının öhdəliklərinin yerinə yetirilməməsi zamanı Təşkilatçı heç bir məsuliyyət daşımır.

10.3. Lotereyanın İştirakçı tərəfindən mövcud Şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin yerinə yetirilməsindən imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşların əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.

10.4. Stimullaşdırıcı lotereyaya nəzarət Təşkilatçı tərifindən həyata keçiriləcək. Müvafiq şifrə və məlumatlar Təşkilatçı tərəfindən yoxlanılacaq.

10.5. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin icazəsi ilə yol verilir.